Türkiyə sərhədində Naxçıvan pivəsi saxlanıldı

turkiye-serhedinde-naxcivan-pivesi-saxlanildi
Oxunma sayı: 1694

Türkiyədə ölkəyə qanunsuz içki və siqaret keçirməyə çalışan azərbaycanlı saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Tokat jandarmasının həyata keçirdiyi əməliyyat zamanı azərbaycanlı İ.M, iranlı Y.K və türk vətəndaşı C.T-nin çantalarına baxış keçirib. 

Onlardan 2 min 310 paket siqaret, 10 şüşə araq və 24 şüşə qaçaqmal olan Naxçıvan pivəsi götürülüb. 
Sadalananları ölkəyə qaçaq yolla gətirmək istəyən hər 3 şəxsə 32 min 340 lirə məbləğində cəza kəsilib.

Aysel Kərimova