Türkiyədə 21 illik kanal bağlandı

turkiyede-21-illik-kanal-baglandi
Oxunma sayı: 3988

1996-cı ildən bəri yayımlanan “Kanal A”nın rəhbərliyi fəaliyyəti dayandırmaq barədə qərar alıblar.

“Qafqazinfo” xəbər verir ki, kanaldan verilən açıqlamada qərarın hansı səbəbdən alındığı qeyd olunmayıb:

“FETÖ-çülər və “28 fevral”çılar başda olmaqla, bizə çox hücumlar edildi. Amma qarşımıza çıxan çətinlikləri inam və əzmlə dəf edə bildik. Bu günə qədər doğru xəbərçilik və analizlər etməyə çalışdıq. Media, xüsusilə televiziya sahəsi tikansız gül bağçası deyil ki, “Kanal A” da gülüstan olsun. Buna baxmayaraq bir hər zaman halımıza şükr etdik. Amma bu gün bəzi səbəblərə görə fəaliyyətimizi dayandırırıq. İzləyicilərimizə və fədakar işçilərimizə təşəkkür edirik”.

Qeyd edək ki, kanalın tərkibində fəaliyyət göstərən radio və xəbər saytı isə işinə davam edəcək.