Türkiyədə ağır qəza - 17 yaralı+Fotolar

turkiyede-agir-qeza
Oxunma sayı: 1198

Türkiyənin Manisa şəhərində sərnişin avtobusu yük maşını ilə toqquşub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2-si ağır olmaqla 17 nəfər yaralanıb. Qəza yerinə çox sayda təcili tibbi yardım maşınları və xilasedicilər göndərilib.

Qəzaya səbəb olan yük maşınının sürücüsü Bədrəddin E. tutulub.