“Türkiyədə qabığından gəmi, Bakıda isə mürəbbə hazırlayırlar”

turkiyede-qabigindan-gemi-bakida-ise-murebbe-hazirlayirlar
Oxunma sayı: 2804

Ötən gün Türkiyənin iki məşhur kino və serial ulduzu Müge Boz və Nergis Kumbasar Azərbaycana gəlib. “Qafqazinfo” xəbər verir ki, onlar Azərbaycan və Türkiyə istehsalı olan “Çat kapı aşk” filminin premyerasında iştirak ediblər. İki tanınmış sima qaladan əvvəl Bakının tarixi yerlərində olublar, paytaxtla bağlı instaqram səhifələrində paylaşımlar ediblər. 

M. Boz Azərbaycana heyran olduğunu bildirib: “Bura Bakıdakı Qız qalası deyilən tarixi bölgədir. Balaca küçələr arasında inanılmaz gözəl memarlıq abidələrinə baxarkən əzilməyəcəksiz. Çünki şəhərdə sıxlıq yoxdur. Əl ilə toxunan xalçalar, qutablar, qoyun dərisindən hazırlanan papaqlar, keçmiş əşyaları satan mağazalar… Gözəl yeməkləri də var. Hər şey təbiidir.

Buraların enerjisi mənə çox yaxşı təsir edir, sizə də tövsiyə edirəm. Mürəbbə və turşular deyən zaman ağıla Azərbaycan gəlir. Biz qarpız qabığından gəmilər düzəldirik, amma qardaş ölkə bundan mürəbbə hazırlayır”. 

Nergis Kumbasar da İçərişəhərdən şəkil paylaşaraq sevdiyi bir yerə qonaq gəldiyini qeyd edib: “Bakıdayam, axşam isə qala var. Qaladan əvvəl İçərişəhərdə milli səhər yeməyi yeyirəm”.