Türkiyədəki aksiyalardan Rəqsanəyə də ziyan dəydi

turkiyedeki-aksiyalardan-reqsaneye-de-ziyan-deydi
Oxunma sayı: 2320


 “Qafqazinfo”nun məlumatına görə, artıq albomu hazır olan sənətçi hələlik klip çəkilişini təxirə salıb. Türkiyədəki məlum durum səbəbindən bu addımı atan sənətçi çəkilişlərin yaxın həftələrdə baş tutacağını söyləyib. Albom həm Türkiyə telekanallarında, həm də Bakıda təqdimata çıxarılacaq. 

“Bu Ramazan ayında baş verəcək. Hazırda  yeni fotosessiyamdan ibarət rolik hazırlanır. Klip hazır olan kimi albomla birlikdə həmin rolik əsnasında ekranlara anons şəklində çıxarılacaq. Bunun ardınca Türkiyənin maqazin verilişlərində sujetlər hazırlanacaq. Həmin ərəfədə Azərbaycanda da təqdimat keçiriləcək” – deyən Rəqsanə xanımın növbəti xəbəri daha maraqlıdır. 

Rəqsanə Türkiyədə ərsəyə gətiriləcək verilişə aparıcılıq edəcək və həftənin 4 günü efirdə olacaq. “Bir gün İstanbuldan” adlanan verilişdə sənətçini qonaq siyahısını türkiyəli və bizim yerli ulduzlar təşkil edəcək. Hələlik verilişin yayımlanacağı telekanalın adı açıqlanmır. Verilişdə canlı orkestr sənətçiləri müşayiət edəcək. R.İsmayılovanı layihənin maraq yaradacağına inandığını bildirdi.