Türkiyədən ABŞ-a gömrük rüsumu ilə bağlı jest

turkiyeden-abs-a-gomruk-rusumu-ile-bagli-jest
Oxunma sayı: 1084

Türkiyə ABŞ mənşəli 22 məhsula tətbiq olunan gömrük rüsumunu iki dəfə azaldıb.

“Qafqazinfo”nun “Rəsmi Gazete”yə istinadən xəbərinə görə, bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğan 17 iyun 2018-ci il fərmanında dəyişiklik edib.

Xatırladaq ki, ABŞ hökuməti ötən həftə Türkiyədən idxal etdiyi polada tətbiq etdiyi 50 faizlik rüsumu 25 faizə endirmişdi.