Turqut Özal bu gün dəfn ediləcək

turqut-ozal-bu-gun-defn-edilecek
Oxunma sayı: 638

Məlumata görə, oktyabrın 2-də məzardan çıxarılan Özalın nəşi sadəcə 5 nəfərin girə bildiyi xüsusi bir otaqda saxlanılıb. Bu müddət ərzində toksikoloji və kimyəvi araşdırmalar üçün mərhum prezidentin bədənindən və daxili orqanlarından nümunələr götürülüb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 09.00-da (Bakı vaxtıyla 11.00) Turqut Özalın cənazəsi İstanbul bələdiyyəsi məzarlıqlar idarəsinin dəfn briqadasına təhvil veriləcək. Özal, İstanbul prokurorluğunun nəzarətində İstanbul valiliyinin keçirəcəyi dini mərasimdən sonra Topkapı məzarlığında torpağa tapşırılacaq. Mərasimdə Özalın ailəsi və İstanbul müftiliyinin nümayındəsi, habelə bəzi vətəndaşlar iştirak edəcək.

Məlumata görə, dəfndən sonra daha əvvəlki mərmər baş daşından və sinədaşından istifadə olunmayacaq, ailəsinin arzusu ilə Özalın qəbri dini ənənələrə uyğun şəkildə sadəcə torpaqdan ibarət olacaq.

Məhkəmə tibbi ekspertizası mərhum Özalın bədənindən, məzar torpağından, məzarda olan sudan və məzarın müxtəlif yerlərindən götürdüyü nümunələr üzərindəki araşdırmanın nəticələrindən hazırlanmış hesabatı ən azı 2 aya qədər İstanbul prokurorluğuna təqdim edəcək.