Ukrayna “Evrovision”da iştirakdan imtina etdi

ukrayna-evrovisionda-istirakdan-imtina-etdi
Oxunma sayı: 1438

Ukrayna “Evrovision 2019”da mahnı müsabiqəsində iştirak etməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Milli Teleradio şirkəti məlumat yayıb:

“İctimai Yayım Şurası milli seçim turundan olmayan istənilən ifaçını seçə bilərdi. Lakin bu alternativdən imtina edildi, çünki tamaşaçıların milli seçimlərdəki qərarlarına hörmətlə yanaşılır”. 

Qeyd edək ki, daha əvvəl seçim turlarının 4 finalçısı manhı müsabiqəsində ölkəsini təmsil etməkdən imtina etmişdi.