Ukraynada avtobusla avtomobil toqquşdu - 2 ölü, 13 yaralı

ukraynada-avtobusla-avtomobil-toqqusdu
Oxunma sayı: 921

Ukraynanın Dneprpetrovsk əyalətində sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə biri kişi, digəri qadın olmaqla 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

Hadisə Loboykovka kəndi yaxınlığında baş verib. Məlumata görə, “Audi” markalı avtomobil hərəkətdə olan avtobusa yol vermədiyindən toqquşma olub.

Yaralılar arasında sürücülər də var.