Ukraynada DİN rəhbərinin oğlu evində axtarışdan sonra - Saxlanıldı

ukraynada-din-rehberinin-oglu-evinde-axtarisdan-sonra
Oxunma sayı: 2725

Ukraynanın Milli Antikorrupsiya Bürosu ölkənin daxili işlər naziri Arsen Avakovun oğlunun evində axtarış aparıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, axtarışdan sonra nazirin oğlu Aleksandr Avakov saxlanılıb. 

Axtarış 2014-cü ilin sonu 2015-in əvvəllərində DİN üçün bel çantalarıın alınması zamanı dövlət vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı açılan cinayət işi çərçivəsində həyata keçirilib. 

Axtarış zamanı çantaları satan şirkət rəhbəri ilə Avakovun oğlunun dost olduğu müəyyənləşmişdi.