Ukraynada Saakaşvili ilə bağlı cinayət işi açılır

ukraynada-saakasvili-ile-bagli-cinayet-isi-acilir
Oxunma sayı: 1318

Ukraynada məhkəmə prezident Petro Poroşenko tərəfindən Mixail Saakaşviliyə vətəndaşlıq verilib, daha sonra geri alınması faktı ilə bağlı cinayət işinin açılması üçün polisə təqdimat verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə feysbuk hesabında ukraynalı vəkil, Ukraynanın baş prokurorunun keçmiş birinci müavini Renat Kuzmin yazıb. 

Xatırladaq ki, 2015-ci ildə Ukrayna prezidenti Petro Poroşenko Saakaşviliyə vəətndaşlıq vermiş, həmçinin onu Odessa qubernatoru təyin etmişdi. 
2016-cı ilin noyabrında Saakaşvili istefaya getmiş, bunu Ukrayna hökumətinin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə əlaqələndirmişdi. Ukraynanın Miqrasiya Xidməti isə iyulun 26-da bəyanat yayaraq Poroşenkonun əmri ilə Saakaşvilinin vətəndaşlıqdan məhrum edildiyini açıqlamışdı.