Uşaq pornoqrafiyasına qarşı ittifaq yaradıldı

usaq-pornoqrafiyasina-qarsi-ittifaq-yaradildi
Oxunma sayı: 634

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, ABŞ-ın baş prokuroru Erik Holder və Daxili işlər üzrə Avropa komissarı Sesiliya Malstrom "Global Alliance Against Child Sexual Abuse Online" ittifaqının yaradılması və işinə start verilməsini elan edib.

Pornoqrafiyaay qarşı ittifaqda Avropa Birliyinə daxil olan bütün ölkələr, o cümlədən Cənubi Koreya, Türkiyə, Vyetnam, Nigeriya və digərləri iştirak edir.

İttifaqın üzvləri bildiriblər ki, iştirakçı ölkələr yeni qurum vasitəsilə internetdə uşaq pornoqrafiyası ilə mübarizə aparmaq üçün kampaniyaların keçirilməsi ilə əlaqədar bir-biri ilə daha asan və sürətli şəkildə əlaqə saxlaya biləcəklər.