Üzeyir Musiqi Günü qeyd olunub

uzeyir-musiqi-gunu-qeyd-olunub
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, AzərTAc xəbər verir ki, tədbirdə ilk dəfə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin təhsil illərinə aid Sankt-Peterburqdan gətirilmiş qiymətli arxiv materiallarından ibarət sərgi nümayiş etdirilib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeyə hədiyyə edilmiş Azərbaycan folklorunun səs yazıları toplanmış CD disklərin surətlərinin təqdimatı olub.
Tədbirdə “O olmasın, bu olsun” musiqili komediyasının 100 illiyi ilə əlaqədar arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunmuş, bəstəkarın “Koroğlu operasından və “O olmasın, bu olsun” musiqili komediyasından ariyalar ifa edilib.