Uzun fasilədən sonra camidə azan oxundu

uzun-fasileden-sonra-camide-azan-oxundu
Oxunma sayı: 645

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Türkiyədə İstanbul şəhərinin fəth edilməsinin 559-cu ildönümü münasibətlə bir sıra tədbirlər keçirilib. Tədbirin sürprizi isə gecə saat 00:40 radələrində Ayasofiyada azan oxunması olub.

Türkiyənin TRT1 telekanalı ilə birbaşa efirə verilən tədbirdə muzeyin içərisindəki iki imam azan ifa edib. Azan ifa edilərkən tədbirə tamaşa etməyə gələn vətəndaşların göz yaşları ilə azanı dinlədiyi nəzərdən yayınmayıb.
Tədbirin sonunda isə Qurani-Kərimin “əl-Fəth” surəsi oxunub.