Vacib gün

vacib-gun
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, dünyanın iki ən güclü, adlı sanlı klublarından olan “Bavariya” və “Barselona” üz-üzə gələcəklər. Bu cütlükdə hansı komandanın açıq-aşkar favorit olduğunu, növbəti mərhələyə kimin rahat şəkildə çıxa biləcəyini demək çətindir. “Bavariya”nın heyətində bu gün əsas itki xorvatiyalı hücumçu Mariyo Manzukiç sayıla bilər. Futbolçu cəzalı vəziyyətdə olduğundan bu görüşdə komandasına kömək edə bilməyək. “Barsa”da isə bu gün Lionel Messinin əsas heyətdə oyuna çıxacağı gözlənilir. Ötən tur “PSJ” ilə qarşılaşmada zədələnən və matçı yarımşıq buraxan Messi bu gecə tam gücü ilə meydanda mübarizə aparmağa çalışacaq. Bu görüşü maraqlı edən digər bir fakt isə Pep Qvardioladır. Köhnə klubu “Barselona” ilə 4 il ərzində 14 kubok qazanan Pepin gələn mövsümdən etibarən, çalışdıracaq klubu “Bavariya”nın hansı nəticə ilə meydandan ayrılacağı maraqla gözlənilir.

Bu maraqlı qarşılaşma bu gecə saat 23:45-də başlayacaq.

İqbal