Van Persi “Barselona”ya gedir?

van-persi-barselonaya-gedir
Oxunma sayı: 649

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, “topçular”la müqavilə müddətini uzatmaq istəməyən hollandiyalı forvardın “Barselona”ya getmək istədiyi bildirilir. 28 yaşlı futbolçunun transferinin 25 milyon avroya başa gələcəyi qeyd edilir. “Arsenal”ın baş məşqçisi isə futbolçunu komandada saxlamaq üçün hər şeyi edəcəklərini bildirib. Həmçinin Van Persinin ailəsinin də Londonu tərk etmək istəmədiyi və bu səbəbdən hollandiyalını “Arsenal”da qalmağa razı salmaq istədiyi məlum olub.
Qeyd edək ki, Van Persi ilə “Mançester Siti”, “İnter”, “Yuventus” və “Real” klubları da maraqlanır.

Ceyhun Əhmədov