Vatan Şaşmazın oğluna onun adını qoydular

vatan-sasmazin-ogluna-onun-adini-qoydular
Oxunma sayı: 2150

Ötən ilin avqust ayında keçmiş model Filiz Akel tərəfindən öldürülən məşhur aparıcı Vatan Şaşmazın oğlu dünyaya gəlib. 

“Qafqazinfo” xəbər verir ki, mərhumun xanımı Yasemin Adalı ötən gün oğlan övladı dünyaya gətirib. Star TV-də yayımlanan “Duymayan Kalmasın” verilişində aktyorun yeni doğulan körpəsinə qoyulan ad açıqlanıb. Körpəyə Asil Vatan Şaşmaz adını veriblər. 

Qeyd edək ki,V. Şaşmaz ölümündən bir neçə həftə əvvəl ata olmaq istəyindən danışmışdı:

“Ata olmaq istəyirəm. Uşaq qərarı olmasaydı, evlənməzdim. Mən və xanımım evlilik dərdi çəkən insanlar deyilik. Əsas evlənmədən ailə qurmaqdır”.