Vatikanın “erməni soyqırımı” şousu böyüyür

Vatikanın “erməni soyqırımı” şousu böyüyür
Oxunma sayı: 141

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, kitabda Osmanlı ermənilərinə qarşı edilən soyqırımla bağlı Vatikan ilə Anadoludakı katolik din adamlarının yazışmalarına yer veriləcəyi bildirilib. Vatikan radiosu isə 1914-1922-ci illərdə 15-ci Benoitin “Ermənilərə qarşı mərhəmətli davranılması üçün” Osmanlı sultanı ilə yazışmalarının da əks olunacağını qeyd edib. Radio, həmçinin “faciə” olaraq qeyd olunan bu hadisələrlə bağlı Vatikan arxivlərində sübutların olduğunu bildirib. Bunların arasında “Osmanlı əsgərlərin hamilə qadınların qarnını deşməmişdən əvvəl uşağın cinsiyyəti ilə bağlı bəhsə girmələri” kimi iddialara da yer verilib. Vatikan radiosu bu sənədlərin polemika yaratmaq üçün deyil, tarixi işıqlandırmaq üçün yayımlanacağını vurğulayıb. Kitabın satışa çıxacağı vaxt haqqında məlumat verilməyib.

Səidə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi