Vəkillər Kollegiyası sənəd qəbuluna başlayır

vekiller-kollegiyasi-sened-qebuluna-baslayir
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillə Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər.
1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq edilmiş)
3. Ali təhsil barədə diplom və onun notariat qaydasında təsdiq edilmiş surəti
4. Əmək kitabçasının notariat qaydasında və ya iş yerində təsdiq edilmiş surəti
5. Kadrların şəxsi məlumat vərəqəsi
6. Tərcümeyi- hal
7. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış
8. 3-4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil
9. 4-6 ölçüdə 4 ədəd rəngli fotoşəkil

Sənədlər Bakı şəhəri, S. Vurğun küçəsi 32-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin binasında 2013-cü il mart ayının 4-dən iyun ayının 4-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 14.00-dan 18.00-dək qəbul olunur.
İxtisas imtahanlarının keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin telefonları: 594-14-95 və 594-08-70