Vergilər Nazirliyinin saytı 4-cü dəfə “ən yaxşı” oldu

Vergilər Nazirliyinin saytı 4-cü dəfə “ən yaxşı” oldu
Oxunma sayı: 176

Monitorinq zamanı 60 dövlət qurumu və 15 bələdiyyənin rəsmi internet saytlarının 67 parametr üzrə kəmiyyət və keyfiyyət meyarları, eləcə də sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı təhlil edilib. Nəticədə, Vergilər Nazirliyinin rəsmi saytı (www.taxes.gov.az) 68 % göstərici ilə Hesablama Palatası (56%) və Dövlət Sosial Müdafiə Fondunun (55%) internet səhifələrini qabaqlayaraq ardıcıl olaraq 4 dəfə ilin ən yaxşı internet resursu hesab olunub. Nazirliyin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, 1 dekabr 2010-cu il tarixdən 2011-ci ilin iyun ayınadək keçirilən növbəti monitorinqin əsas məqsədi “İnformasiya əldə etmək haqqında“ Qanunun tələbləri baxımından dövlət qurumları tərəfindən internet resursları vasitəsilə ictimai informasiyaların açıqlanması vəziyyətini araşdırmaqdan, bu istiqamətdə hər bir struktur üzrə ayrılıqda və ümumiləşdirilmiş tövsiyələr hazırlamaqdan ibarət olub.

Vergilər Nazirliyinin rəsmi internet saytı 2002-ci ildən azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. 2009-cu ildən saytın yeni versiyası istifadəyə verilib. Hazırki versiya daha təkmil dizayn və rahat naviqasiyaya malikdir. Keçən ildən etibarən saytda naviqasiyanı daha da asanlaşdırmaq məqsədilə hələlik Azərbaycan internet məkanında yeganə olan 3 dildə (azərbaycan, rus və ingilis) fəaliyyət göstərən səsli video-bələdçi xidməti də tətbiq edilib.

İndiyə kimi bir çox müsabiqələrin qalibi olmuş sayta daxil olanların sayı da ilbəil artır. Belə ki, əgər ötən il ərzində sayta daxil olan şəxslərin sayı 2 milyon nəfərə yaxın idisə, cari ilin 5 ayı ərzində bu rəqəm 1,3 milyondan çox olub.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi