Villasından 820 min dollar oğurlandı

villasindan-820-min-dollar-ogurlandi
Oxunma sayı: 1447

Üç “Grammy” mükafatının sahibi, məşhur müğənni Usherin Los-Angelesdəki evinə oğru girib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun 4,2 milyonluq villasından 820 min dollar pul və zinət əşyaları götürülüb.

Naməlum şəxslər malikanəyə yerləşdirilən təhülkəsizlik kamerasını da özləri ilə birgə aparıblar. 

Oğurlanan aksessuarlar arasında ifaçının 220 min dollar dəyərində olan 6 saatı da var. 

Usher məsələ ilə polisə müraciət edib, faktla bağlı araşdırma aparılır.