Volkswagen Azərbaycan-dan 20 illik yubiley kampaniyası - Foto

volkswagen-azerbaycan-dan-20-illik-yubiley-kampaniyasi
Oxunma sayı: 1827

Volkswagen AG-nin Azərbaycanda yeganə rəsmi idxalçısı olan «Euro Style LTD» MMC  bu ilin dekabrında 20 illik yubileyini qeyd edəcək. Bu münasibətlə keçən ilin noyabr-dekabr aylarında avtomobil bazarında inqilab edən “5 il PULSUZ SERVİS” kampaniyasını bərpa etmək qərarına gəldi.

"Qafqazinfo" xəbər verir ki, alıcılar Yeni 2018-ci il model Passata sahib olarkən 5 və ya 150 000 km zəmanət ilə yanaşı həmin müddətdə bütün servis xərclərini HƏDİYYƏ qismində əldə edəcəklər. Yani 5 il ərzində servislə bağlı heç bir məsrəfləri olmayacaq. Bu həm ehtiyat hissələrinə həm də xidmət haqqına aid olacaq.

PULSUZ Servis xidmətinə aşağıdakılar aiddir:

Yağdəyişmə (yağ, yağ filteri və xidmət haqqı)

Hava filteri + dəyişilməsi

Yanacaq filteri + dəyişilməsi

Texniki baxış və elektron diaqnostika

Mühərrik şamları

Mühərrikin dişli qayışı + dəyişilməsi

Generator qayışı + dəyişilməsi

Əyləc yastıqları və əyləc mayesi + dəyişilməsi

Dayaq diskləri + dəyişilməsi

Təkər balansı və yerdəyişməsi

 

Şirkətin rəsmisi bu xəbəri belə şərh etdi: “Keçən il bu kampaniya çox uğurlu keçdi. Kifayət qədər müştərimiz kampaniyadan yararlandı və hal-hazırda həmin Passat sahiblərinin bütün servis xərclərini qarşılayırıq, müştərilərin yalnız yanacağa məsrəfi çıxır. İl ərzində bu kampaniyanı soruşan çox olub. Tələbatı nəzərə alaraq 20 illik yubileyimiz münasibəti ilə bu şərtləri yenidən bərpa etmək qərarına gəldik. 2017-nin Dekabrın sonunadək bütün satılacaq Volkswagen Passat modellərinə aid eləmişik bu kampaniyanın. Bu gündən dekabrın 31-dək bütün yeni Passat alan müştərilərimiz 5 il ərzində servisə ödəniş etməyəcəklər. Yani yağı da pulsuz dəyişəcəklər, filterləri də, əyləc yastıqlarını və sair. Həm yağ və ehtiyat hissələri pulsuz olacaq həm də iş haqqı. Alıcılarımıza təkcə yanacaq doldurub avtomobili idarəetmək həzzi qalır.”

Tam LED yığımlı ön dinamik fənərli yeni Volkswagen Passata gəldikdə isə, radiator barmaqlıqları və üslubu daha da dəqiq tərənnüm edəb zərif cizgilər ilə premiuma meyilliyini tamamlayan avtomobildir. Patentləşdirilmiş texnologiya əsasında hazırlanmış “topComfort” və “ergoComfort” tipli oturacağı olan bu avtomobildə 3-zonalı iqlim kontrolu funksiyalı kondisioner, oturacaqların isidilməsi və soyudulması, hava şəraitindən asılı olmayaraq salonda optimal mikroiqlim yaratmağa imkan verir. Eyni zamanda 8 düym ekran, həcmli səs effekti yaradan 8 ədəd səsgücləndirici, CD, MP3, SD, USD, AUX-in, Bluetooth və hətta səs ilə idarə etmə sistemi artıq baza təchizatında təklif olunur. Bu dəfə daha çevik və manevrli olan Yeni 2018 model Passat 1.8 L həcmli və 180 at güclü mühərriklə təchiz olunub. Belə ki, 100 km/s sürət göstəricisinə cəmi 7.7 saniyəyə çatır. Orta sərfiyyat isə 5.8 L-ə bərabərdir. 6 ədəd təhlükəsizlik yastıqları, ABS, ASR, EDL və ESC sistemləri sürücünün xidmətindədir. “Active İnfo Display” məlumat paneli, təkmilləşdirilmiş 286.6° bərabər dairəvi görünüş sahəli Passat artıq öz sahiblərini gözləyir.

Daha ətraflı məlumat üçün:   *7788 

(+994 12) 555 77 88

www.volkswagen.az

https://www.facebook.com/VolkswagenAZ

https://www.instagram.com/volkswagen_azerbaijan/

Volkswagen Baki Merkezi location