Vulkan püskürdü, 23 turist yaralandı - Video

vulkan-puskurdu-23-turist-yaralandi
Oxunma sayı: 981

Havay adalarında bir qrup turist gözlənilməz hadisə ilə üzləşib. 

“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, adada püskürən Kilauea vulkanının lavaları turistlər olan qayığa sıçrayıb. Nəticədə 23 nəfər yaralanıb. 

Məlumata görə, bir nəfərin bud sümüyü sınıb, digər turistlər isə müxtəlif yanıq xəsarətləri alıb. 

Aysel Kərimova