“Wi-Fi”dan 100 dəfə sürətli texnologiya kəşf edilib

“Wi-Fi”dan 100 dəfə sürətli texnologiya kəşf edilib
Oxunma sayı: 100

ABŞ-ın Braun Universitetinin alimləri ultrasürətli “Wi-Fi” üçün geri sayımın başlandığını açıqlayıblar.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, tədqiqatçılar günümüzdəki mobil şəbəkələrdən daha sürətli texnologiya kəşf etdiklərini bəyan ediblər.

Belə ki, onlar ənənəvi mikrodalğa əvəzinə terahers tezliklə videosiqnal göndərərək saniyədə 50 giqabayt sürət əldə ediblər. Bir çox kabelsiz internetin saniyədə 500 meqabayta qədər sürət yığdığını vurğulayan araşdırmaçılar bunun ortalama bir “Wi-Fi”dan 100 dəfə sürətli olduğunu qeyd ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi