Xalq artisti canlı efirdə ağladı

xalq-artisti-canli-efirde-agladi
Oxunma sayı: 3265

Bu gün xalq artistləri Gülyaz-Gülayanaq Məmmədovalar “Hər şey daxil” proqramına qonaq olublar.  “Qafqazinfo” xəbər verir ki, veriliş zamanı müğənnilərin bir neçə ay bundan əvvəl itirdikləri ataları ilə bağlı süjet təqdim olunub. 

Görüntülərdə sənətiçlərin mərhum atası Zakir Məmmədovun məzarı başında analarının görüntüləri əks olunub.  Məşhur iki bacının anası həyat yoldaşını unuda bilmədiyini, həmişə ziyarət etdiyini bildirib. Süjeti izləyən xanəndələr kövrək anlar yaşayıblar, Gülyaz Məmmədova isə göz yaşlarını saxlaya bilməyib. 

Qeyd edək ki, Z. Məmməov bu ilin martında infarktdan həyatını itirib.