Xalq artisti “Eurovision” təşkilatçılarını tənqid etdi

xalq-artisti-eurovision-teskilatcilarini-tenqid-etdi
Oxunma sayı: 1732

Ukraynanın Xalq artisti Andrey Danilko (Verka Serdüçka) “Eurovision” mahnı müsabiqəsinin təşkilatçılarını tənqid edib.

“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, artistin sözlərinə görə, I yarımfinal vaxtı onları “az qala taptalayacaqdılar – hər kəs ağzı açıq baxırdı”:

“Onlar bizə təşkilatçı kimi yox, tamaşaçı kimi baxırdı! İstəyirik ki, təşkilatçılar öz işləri ilə məşğul olsun: heç kim heç kəsi taptalamasın deyə, insanların gediş-gəlişini tənzimləsinlər”.

“Çalışıram qıcıqlanmayım. Bilirsiniz, qatmaqarışıqlıq hər yerdə eynidir, sadəcə fərqli dillərdədir. Bu halda – ivrit dilində” – V. Serdüçka əlavə edib.