Xalqın seçdiyi ukraynalı müğənni “Eurovision”dan imtina etdi

xalqin-secdiyi-ukraynali-mugenni-eurovisiondan-imtina-etdi
Oxunma sayı: 1654

Müğənni Maruv Ukraynanı “Eurovision-2019”da təmsil etməyəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın İctimai teleradio şirkətinin məlumatında bildirilir.

Qeyd edilir ki, təşkilatçılarla ifaçı müsabiqədə iştirakla bağlı razılığa gələ bilməyiblər. Bu səbəbdən müqavilə də imzalanmayıb. 

Xatırladaq ki, Ukrayna milli seçim turunda tamaşaçılardan aldığı maksimum balla qalib gələn Arnna Korsun Rusiyaya qastrol səfərləri səbəbindən təzyiqlə üzləşdiyini, müsabiqədə iştirakdan imtina etməyə məcbur edildiyini bildirmişdi.