Xələf Xələfov görüşlər keçirib

xelef-xelefov-gorusler-kecirib
Oxunma sayı: 648

XİN-dən daxil olan məlumata görə, Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda yüksələn rolu barədə Argentina nümayəndə heyətinə məlumat verən X.Xələfov, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına mane olan başlıca faktor olduğunu vurğulamışdır. Xarici İşlər Nazirinin müavini müasir dövrdə bir ölkə tərəfindən digər ölkəyə qarşı zor işlətməklə işğalçılıq və etnik təmizləmə siyasəti aparmasının dünya ictimaiyyəti tərəfindən qəbul edilmədiyini və işğalın nəticələrinin tanınmadığını bildirmişdir.

Argentina nümayəndə heyəti Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktını pisləyərək, Azərbaycanla həmrəy olduqlarını və ölkəmiz haqqında həqiqətlərin Argentina cəmiyyətinə çatdırılacağını vurğulamışlar. Argentinalı parlamentarilər bu münaqişənin tezliklə ədalətli həllini tapacağına ümidvar olduqlarını bildirmişlər.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların və potensialın mövcud olduğu vurğulanmışdır. Argentinalı qonaqlar ölkəmizdə sürətli inkişafın şahidi olduqlarını qeyd edərək, Azərbaycanla Argentina arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, enerji, sənaye, turizm kimi sahələrdə əməkdaşlıq imkanları barədə öz ölkələrinin müvafiq qurumlarını məlumatlandıracaqlarını bildirmişlər. X.Xələfov ölkəmizin regionda aparıcı rolunu qeyd edərək, Argentinanın regionla əlaqədar əməkdaşlıq məsələlərində Azərbaycanın potensialından yararlana biləcəyini qeyd etmişdir.

Səmimi qonaqpərvərliyə görə təşəkkür edən Argentina nümayəndə heyəti ölkəmizdən xoş təəssüratlarla ayrıldıqlarını diqqətə çatdırmışlar.

X. Xələfov həmçinin ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini