“Xəstə qızım üçün pul istədim, üz çevirdi” - Müğənnilərlə bağlı iddia

xeste-qizim-ucun-pul-istedim-uz-cevirdi
Oxunma sayı: 3686

Bu gün “Hər şey daxil” verilişində maraqlı hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, proqramın qonaqları Təranə Qumral, Musa Musayev, Manaf Ağayev və Elçin Hüseynov olub. 

Verilişdə Təranə adlı xanım canlı efirə bağlanaraq müğənnilər Təranə Qumral və Elçin Hüseynov barədə iddia irəli sürüb. O, bir müddət əvvəl T. Qumralın  “watsapp”ına yazdığını söyləyib:

“Özüm Ağstafadan Bakıya, Hövsan qəsəbəsinə gəlmişəm, kirayə qalıram. Qızım çox pis xəstələnmişdi. Kömək üçün müraciət edəcəyim adam yox idi. Allaha and olsun ki, yalan demirəm. Təranə xanıma yazdım, o mənə həkimin yazdığı resepti istədi. 3 resept göndərdim, o, bundan sonra məni "watsapp"dan sildi, cavab vermədi. Daha sonra Elçin bəyin restoranına getdim, kömək istədim. Üzünü çevirib getdi. Heç biri kömək etmədi”. 

T. Qumral zəng vuran xanımın ittihamlarına cavab verib: “Bəlkə başqa Təranə adlı şəxsə yazıb? Mənə belə yazan olmayıb.  Resept nə qədər tutar ki? Uzağı 100-200 manat! Bu pul nədir ki? Belə şeydən qorxmaram. Ola bilər ki, kimsə öyrədib, belə efirə zəng vurub danışır”.

Elçin Hüseynov isə ona tez-tez belə şəxslərin müraciət etdiyini bildirib:

“Hər dəfə yaxınlaşırlar. Onlar istəyən kimi vermək olmur. Gərək araşdırasan. Xeyriyyəçilik elə bir şeydir ki... Birinci evin içi, sonra çölü. Kim nə bilir ki, mənim evdə nə problemlərim var”.