Xətaidə anbar yandı

xetaide-anbar-yandi
Oxunma sayı: 1136

Bakıda yanğın hadisəsi qeydə alınıb.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Xətai rayonunda ümumi sahəsi 150 m2 olan anbarın lambirdən ibarət tavanı 30 m2 sahədə və 6 ədəd soyuducu yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.