“Xəzər Lənkəran” millidəki futbolçuları gözləyir

xezer-lenkeran-millideki-futbolculari-gozleyir
Oxunma sayı: 659

“Qafqazinfo”nun verdiyi məlumata görə, ilk məşq komandanın məskunlaşdığı Kirxdorf qəsəbəsinin “Das Seivald” mehmanxanasının yaxınlığındakı futbol meydançasında baş tutub. Əsasən topsuz çalışmalar üzərində qurulan hazırlıq 1 saata qədər davam edib.

Düşərgəyə icazəli olan Manuel Skarlatake və öz ölkəsinin millisinin düşərgəsində olan Rendal Brenesdən başqa digər bütün legionerlər qatılıblar. Azərbaycan millisinin toplanışından dönən Kamran Ağayev, Elnur Allahverdiyev və Rahid Əmirquliyev isə iyun ayının 8-də Avstriyaya yola düşüb toplanışa qatılacaqlar.