Xilas edildilər

xilas-edildiler
Oxunma sayı: 636

Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən (FHN) məlumatına görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.