Xırdalan və Masazır sakinlərinin nəzərinə - İşıq olmayacaq

xirdalan-ve-masazir-sakinlerinin-nezerine
Oxunma sayı: 2913

Bu gün  Abşeron rayonu Xırdalan şəhərinin  25,26,28-ci  məhəllələri, Quşçuluq Massivi , AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq"dan "Qafqazinfo"ya daxil olan məlumata görə, fasilə 12.00-dan 14.30-a qədər davam edəcək. Buna səbəb 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir.