Xoşqədəm Suriyada yaralandı - - Jurnalist atəşə tutulub

xosqedem-suriyada-yaralandi-
Oxunma sayı: 8292


Qeyd edək ki, X.Hidəyətqızının yaralanması barədə ilk olaraq "xeberdar.az" portalı yayıb. Məlumata görə, Xoşqədəm Hidayətqızı Suriyadan verilişin əməkdaşları ilə əlaqə saxlayıb. Hələb şəhərində olan aparıcı, bir neçə axtarışın sonucu ilə bağlı verlişin axtarış şöbəsi ilə danışırmış, elə həmin vaxt atəş səsləri eşidilib. Aparıcı telefonda qışqıraraq əməkdaşına vurulduq deyib və bir anlıq dəhşətli səslər eşidilib. Daha sonra Suriyada olan çəkiliş qrupu ilə əlaqə kəsilib. Operatoru ilə Suriyada olan aparıcı yaralandım sözünü də işlədib.

Qeyd edək ki, mənbənin bildirdiyinə görə teleaparıcının vurulması xəbərini teleşirkətdə bəzi şəxslər bilsə də mətbuata çıxmaması üçün gizli saxlanılır.

ATV-nin redaktoru Vüqar Bektaşın ANS PRESS-ə verdiyi məlumata görə, verilişin çəkiliş qrupunun avtomaşını Suriyanın Hələb şəhərində atəşə tutulub. Atəşdən sonra əməkdaşlar maşından qaçıb çıxmağa müvəffəq olublar. Bundan sonra avtomaşın partlayıb. Hazırda Xoşqədəm Hidayətqızı ilə telefon əlaqəsi kəsilib. 

Aparıcının ayağından xəsarət aldığı bildirilir.