Yandırılan baş redaktorla bağlı cinayət işi açıldı

yandirilan-bas-redaktorla-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 1993


"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, aprelin 26-da saat 09 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Natiq Mehdiyevə məxsus evdə yanğın baş verib. Nəticədə 70 kvm. sahədə yanar konstrukiyalar və əşyalar yanmış, orada müvəqqəti yaşayan “Mizan Tərəzi” qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılıb. 

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

***

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi 149 ünvanında 1977-ci il təvəllüdlü Mehdiyev Natiq Qeys oğluna məxsus 200 kvadrat metr sahəli evdə baş verən yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Cinayət işinin materialları araşdırılması üçün Suraxanı rayon Prokurorluğundan Bakı şəhər Prokurorluğuna göndərilib.