Yanğında ölənlərin sayı 71-ə çatıb, 1000 nəfər itkindir

yanginda-olenlerin-sayi-71-e-catib-1000-nefer-itkindir
Oxunma sayı: 1593

Kaliforniya ştatının şimalında meşə yanğınları davam edir. Ölənlərin sayı artıq 71 nəfərə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mindən çox sakin itkin hesab edilir. 

Yanğın nəticəsində 11 min ev yanıb. 

Bu gün prezident Donald Tramp təbii fəlakətdən əziyyət çəkən regiona səfər edəcək.