Yanğında xəsarət alan FHN əməkdaşları ilə bağlı açıqlama

yanginda-xesaret-alan-fhn-emekdaslari-ile-bagli-aciqlama
Oxunma sayı: 1525

Dünən taxta bazarında baş verən yanğınla əlaqədar xəstəxanaya yerləşdirilən FHN əməkdaşları artıq evə buraxılıb. 

Səhiyyə Nazirliydən “Qafqazinfo”ya daxil olan məlumata görə, baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət edən başqa bir şəxs yoxdur.

Xatırladaq ki, ötən gün müraciət əsasında ümumilikdə 6 nəfərə ilkin tibbi yardım göstərilib, 3 FHN əməkdaşına yerində yardım edilib. Xəsarət alan 2 FHN əməkdaşı və bir nəfər isə xəstəxanaya yerləşdirilmişdi.

Günel Hacı