Yanukoviç və iki oğluna sərt cəza

yanukovic-ve-iki-ogluna-sert-ceza-
Oxunma sayı: 3977


Avropa Birliyi büdcə vəsaitlərinin qanunsuz istifadəsində şübhəli bilinən 18 eks Ukrayna məmurunun siyahısını dərc edib.

“Qafqazinfo” xəbər verir ki, AB sabiq prezident Viktor Yanukoviç də olmaqla həmin şəxslərin maliyyə hesablarını və aktivlərini dondurub. Siyahıda Yanukoviçin iki oğlu, keçmiş daxili işlər naziri, eks baş prokuror və onun oğlu, Təhlükəzilik Xidmətinin rəhbəri, Prezident Administrasiyasının rəhbəri, Yanukoviçin məsləhətçisi və digər məmurlar var. 

AB-nin yaydığı bəyanatda qeyd olunur ki, sanksiya dərc olunduğu andan qüvvyə minmiş hesab ediləcək.