Yaş salfet paketində 18 min dollar aparmaq istədi

yas-salfet-paketinde-18-min-dollar-aparmaq-istedi
Oxunma sayı: 2094

Ölkəsinə qayıdan Türkiyə vətəndaşı 20 min dollara yaxın pulu bəyan etmədən aparmaq istəyərkən saxlanılıb.

“Qafqazinfo”nun Gömrük Komitəsində istinadən verdiyi xəbərə görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşının çamadanı rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və sorğu-sual olunub. O, üzərində və çamadanında gömrük orqanına bəyan edilməli hər hansı əşyanın olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, sərnişinin pulqabında 1700 ABŞ dolları, çamadandakı şəxsi əşyaların arasında olan yaş salfet paketinin içərisində isə 17700 ABŞ dolları aşkar edilib.