Yasamal və Nəsimidə su olmayacaq

yasamal-ve-nesimide-su-olmayacaq
Oxunma sayı: 1405

Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədar bu gün saat 23:00-dan fevralın 23-ü saat 12:00-dək Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.