Yəməndə silahlı qarşıdurma - 44 ölü

yemende-silahli-qarsidurma
Oxunma sayı: 1181

Yəmənin Hudeydə şəhərində hakimiyyət tərəfdarları ilə husilər arasında döyüş olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, husilər şəhərdə nəzarəti ələ almaq üçün böyük qüvvə ilə hücuma keçiblər. Hakimiyyət tərəfdarları və onlara dəstək verən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri hücumun qarşısını ala biliblər. Döyüşlər nəticəsində hökumət tərəfdarlarının 9 əsgəri, husilərdən isə 35 döyüşçüsü ölüb.

Hər iki tərəfdən çox sayda yaralının  olduğu bildirilir.