Yeni tikilən fabrik uçdu, ölən var

yeni-tikilen-fabrik-ucdu-olen-var
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “Punjab Newsline” yayıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 40 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Calandhar şəhərində yerləşən fabrik hələ istifadəyə verilməyib. Dağıntı ba verərkən fabrikdə tamamlama işləri aparılırmış. Bina bazar gün yerli vaxtla saat 23.30-da uçub.

İlkin məlumatlara görə, dağıntılar altında onlarla insanın qaldığı ehtimal edilir. İtkin düşənlər barədə dəqiq məlumatlar yoxdur. Müxtəlif mənblərinin verdiyi məlumatlardan bəlli olub ki, tikintidə 250 nəfər işləyib.