“Yeni-yeni təkliflər çıxdıqca münaqişənin dövrü üzanır”

yeni-yeni-teklifler-cixdiqca-munaqisenin-dovru-uzanir
Oxunma sayı: 643

Bu sözləri RBAM-nin rəhbəri Razi Nurullayev “Gündəlik Bakı” qəzetinə ATƏT-in Minsk Qrupunun yeni təkliflər irəli sürməsinə münasibət blldirərkən səsləndirib.

Razi Nurullayev qeyd edib ki, bunun üçün yeni təkliflərin hazırlanması və məsələnin uzadılması heç də Azərbaycanın xeyrinə deyil: “Mənə elə gəlir ki, yeni-yeni təkliflər irəli çıxdıqca da münaqişənin demək olar ki, dövrü üzanır. Status-kvo saxlanmaqda davam edir. Buna görə də fikrimcə, Rusiyanın daha çox xeyrində Dağlıq Qarabağ münaqişəsinin indiki halında saxlanılması variantıdır. İndiki halda ortada olan təkliflərin də Azərbaycan müəyyən qismi ilə razılaşıb. Ermənistan müəyyən qisim təkliflərə etirazını edib. Sonuncu təkliflər də dalana dirənib. Belə bir durumda Azərbaycan da müharibə riktorikası ilə danışmaqda davam edir. Rusiya isə potensial münaqişənin qarşısını almaq istəyir".

Onun sözlərinə görə, yeni təkliflərin ortaya çıxması yenidən diskussiyaların açılması, görüşlərin keçirilməsi və Minsk Qrupu həmsədrlərinin regiona səfərləri ilə müşayiət olunacaq: "Təzədən bu təkliflər ətrafında da 2-3 il müzakirələr aparılacaq və münaqişənin uzanmasına töhvə verəcək. Münaqişənin uzanması Rusiyanın Qafqaz siyasətində Azərbaycanla bağlı maraqlarına cavab verir. Bu baxımdan mənə elə gəlir ki, heç də yeni təkliflərin hazırlanması və təqdim olunması Dağlıq Qarabağ münaqişəsinin həllində əsaslı rol oynaya bilməz. Burada münaqişənin həlli üçün Ermənistan tərəfinə ciddi şəkildə təzyiqlər olunmalıdır. Beynəlxalq aləm Ermənistana daha çox təzyiqlər göstərməlidir.