Yepiskopun gizlində iki uşağı varmış

yepiskopun-gizlinde-iki-usagi-varmis-
Oxunma sayı: 673

İki yeniyetmə yaşda övladı olması faktı üzə çıxandan sonra Zavala ərizəsini yazmalı olub.

“Qafqazinfo” "Azadlıq" radiosuna istinadən bildirir ki, 60 yaşlı yepiskop Zavala kilsə hüquq qaydalarına əsasən işi ilə vidalaşmalı olub. Bu qaydalara əsasən, 75 yaşına çatmamış yepiskoplar ciddi xəstəlik ucbatından, yaxud da onların fəlaiyyətinə əngəl törədəcək digər səbəblərə görə vaxtından əvvəl istefaya çıxa bilər.

Zavala Los-Anceles arxiyepiskopu Jose Gomezə məktubunda yazıb ki, onun yeniyetmə yaşında olan iki uşağı var. Hazırda həmin uşaqlar anaları ilə başqa ölkədə yaşayırlar. Bu məktubundan sonra Zavala Roma Papasına istefa ərizəsini göndərib.

Katolik Yepsikopların ABŞ Konfransının informasiya xidmətində yayılan məlumata görə, artıq mitropoliya bu uşaqarın kollec xərclərini ödəmək üçün maddi və mənəvi yardımını təklif edib.

Roma katolik kilsəsinin tələblərinə görə, bu kilsəyə xidmət edən dini xadimlər evlənə bilməz. Amma anqlikan kilsəsinə məxsus dindarlar üçün belə qadağa yoxdur. Kilsənin bu tələbi çox vaxt sərt tənqidlərə tuş gəlir. Belə hesab olunur ki, məhz bu qadağa ucbatından bir çox kişilər kilsədən uzaq düşüb və onlar dinin əsl mahiyyətini anlamaq imkanı qazana bilməyiblər.