“Qafqazinfo”nun verdiyi xəbərə görə, Lüksemburqda aparılacaq müzakirələrdə qrupda mübarizə aparacaq yığma komandaların nümayəndələri iştirak edəcək. Tədbirdə millimizi AFFA-nın baş katibi Elxan Məmmədov və yığmamızın baş məşqçisi Berti Foqts təmsil edəcək.
Qeyd edək ki, F qrupunun iştirakçıları Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburq yığmalarıdır.
Ceyhun Əhmədov