Yol çökdü, avtomobil və insanlar çuxura düşdü

yol-cokdu-avtomobil-ve-insanlar-cuxura-dusdu
Oxunma sayı: 2134

Portuqaliyanın İspaniya ilə sərhədindəki Borba bölgəsində avtomobil yolu çöküb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 2 avtomobil və bir neçə nəfər çuxura düşüb.

Məlumata görə, avtomobildəkilərlə birlikdə ümumilikdə 6 nəfər torpaq altında qalıb.

Hadisə yerinə 43 xilasedici və 14 ədəd qazma işi aparan texnika cəlb edilib. Xilasedicilərin bir neçə saatlıq çaışmalarından sonra 2 nəfərin cəsədini çıxarmaq mümkün olub.

Yolun aramsız yağışlardan səbəbindən çökdüyü ehtimal edilir.