Yol terroru: 1 ölü, 1 yaralı

yol-terroru-1-olu-1-yarali
Oxunma sayı: 646

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 25-də saat 22.10 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində, Mingəçevir şəhər sakini Emil Zeynalov "Toyota" markalı avtomaşını idarə edərkən onu aşırıb.

Nəticədə xəsarət almış sürücü və sərnişini-azyaşlı oğlu xəstəxanaya yerləşdiriliblər.

Sürücü orada ölüb, uşağın vəziyyəti isə orta-ağırdır.