Yunanıstanda güclü zəlzələ olub

yunanistanda-guclu-zelzele-olub
Oxunma sayı: 1052

Yunanıstanın Krit adasının sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Xaniya şəhərindən 114 kilometr cənub-qərbdə, 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat verilməyib.