Yunanıstanda zəlzələ olub - 4,5 bal

yunanistanda-zelzele-olub
Oxunma sayı: 671

Yunanıstanda 4,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar paytaxt Afinadan 25 kilometr şimal-şərqdə, 2 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.