Yuxuda niyə yıxılırıq?

yuxuda-niye-yixiliriq
Oxunma sayı: 2834

Hər birimiz yuxuda olan zaman yıxılmaq hissi ilə ən azı bir dəfə qarşılaşmışıq. 

“Qafqazinfo” xəbər verir ki, BBC-nin yazdığına görə, buna səbəb beyindəki iki bölgənin nəzarət uğrunda mübarizəsidir. Bunu yuxunun bir parçası kimi qəbul edəndə sanki boşluğa düşürük. Əslində isə bu beynimiz ətrafla əlaqəsini kəsərkən meydana çıxan mübarizənin nəticəsində baş verən hadisədir. 

Beynimizdə retükkulyar aktivləşmə sistemi adlı bölgə nəfəs alma kimi əsas funksiyaları nəzarətdə saxlayar. Digər tərəfdən isə ventrolaterial preoptik nüvə isə yorğunluğumuzu nizamlayar. Yuxuya gedərkən retükkulyar aktivləşmə sistemi nəzarəti ventrolaterial preoptik nüvəyə təslim edər. 

Məhz bu sistemlər arasında nəzarətin təhvil-təsliminin arasındakı mübarizə nəticəsində biz qəfil yıxılma və ya beynimizin içindəki hansısa “partlamalarla” üzləşə bilərik. Bundan ötrü narahat olmağa dəyməz. Sadəcə fizioloji və bioloji hərəkət deyərək yan ötə biləcəyimiz bir hadisədir.